...

Kür çayında iki nəfər batıb

Hadisə Materials 17 İyul 2014 23:09 (UTC +04:00)
Kür çayında iki nəfər batıb.
Kür çayında iki nəfər batıb

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Kür çayında iki nəfər batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, 2002-сi il təvəllüdlü Şahin Sabir oğlu Əliyev və 1970-ci il təvəllüdlü Azər Ağabəy oğlu Əliyev Kür çayının Salyan rayonu Bazanlı kənd ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 5 km məsafədə, nəzarət olunmayan ərazidə) batıblar.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.

Ş.Əliyevin cəsədi saat 19:45-də dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. A. Əliyevin cəsədinin axtarışı davam etdirilir.

Xəbər lenti

Xəbər lenti