...

Güzdəkdə daş karxanasında xəsarət almış şəxs ölüb

Hadisə Materials 24 İyul 2014 12:38 (UTC +04:00)
Güzdək qəsəbəsi ərazisində olan daş karxanasında xəsarət almış şəxs ölüb.
Güzdəkdə daş karxanasında xəsarət almış şəxs ölüb

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Güzdək qəsəbəsi ərazisində olan daş karxanasında xəsarət almış şəxs ölüb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, iyulun 23-də Məhəmməd Adamov işlədiyi Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində yerləşən "Xəzri" MMC-yə məxsus daş karxanasında dəzgahın altında qalıb.

Xəstəxanaya yerləşdirilmiş M.Adamov orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti