...

Göyçay sakini Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayıb

Hadisə Materials 28 İyul 2014 11:34 (UTC +04:00)
Göyçay sakini Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayandan sonra polisə təslim olub.
Göyçay sakini Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayıb

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İlkin İzzət/

Göyçay sakini Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayandan sonra polisə təslim olub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 27-də Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yaşayan Göyçay rayon sakini 1989-cu il təvəllüdlü İlqar Qocayev qısqanclıq zəminində qeyri-rəsmi nikahda olduğu 1985-ci il təvəllüdlü Rəna Qocamanovaya bıçaq xəsarəti yetirib.

Törətdiyi cinayət əməlindən sonra İ.Qocayev könüllü olaraq Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə gəlib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti