...

Gədəbəy və Ağsuda eyni motivli intihar faktı

Hadisə Materials 15 Avqust 2014 10:35 (UTC +04:00)
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə iş açılıb.
Gədəbəy və Ağsuda eyni motivli intihar faktı

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Gədəbəydə 19 yaşlı gənc intihar edib.

Gədəbəy rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, avqustun 14-ü gecə saatlarında rayonuin Çaldaş kənd sakini 1995-ci il təvəllüdlü Zeynalov İlkin Müqabil oğli yaşadığı evin zirzəmisində iplə asaraq intihar edib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə iş açılıb.

Digər bir intihar faktı isə Ağsu rayonunda qeydə alınıb.

Ağsu rayon Prokurorluğundan isə Trend-ə bildiriblər ki, rayonun Bozavand kənd sakini Lətifova Lalə Ayəddin qızı avqustun 13-dən 14-ə keçən gecə özünə məxsus evin tövləsində asaraq intihar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti