Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakıdakı 11 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Müşfiq Ədalət oğlu İsayevin yanına qısamüddətli görüşə gəlmiş qardaşı, Lənkəran şəhəri, Nizami küç. 77 ünvanında yaşayan vətəndaş Cavid Ədalət oğlu İsayevin görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun əynində olan şalvarın arxa cibindən zavod üsulu ilə hazırlanmış 1 ədəd bıçaq aşkar edilərək götürülüb.
Qeyd edək ki, Müşfiq İsayev Cinayət Məcəlləsinin 234.3 maddəsinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.