Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/
Füzuli rayon sakini Bakıda 14-cü mərtəbədən yıxılaraq ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 13-də Yasamal rayonu Şərifzadə küçəsində inşa edilən binada bədbəxt hadisə baş verib.
Hadisə nəticəsində binada işləyən Füzuli rayon sakini Nahid Əliyev 14-cü mərtəbədən yıxılaraq ölüb.