...

Lənkəranda fəhlə binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb

Hadisə Materials 16 Sentyabr 2014 13:20 (UTC +04:00)
Lənkəran şəhər sakini hündürlükdən yıxılaraq aldığı xəsarətdən ölüb.
Lənkəranda fəhlə binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/

Lənkəran şəhər sakini hündürlükdən yıxılaraq aldığı xəsarətdən ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də Lənkəran şəhər sakini Əlövsət Axundov şəhərdə işlədiyi inşa edilən binanın 3-cü mərtəbəsindən yıxılıb. Ə.Axundov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti