...

Lənkəranda brakonyerlərə qarşı əməliyyat zamanı polis əməkdaşı ölüb

Hadisə Materials 30 Sentyabr 2014 15:12 (UTC +04:00)
Polis kiçik serjantı Lənkəranda brakonyerlərə qarşı keçirilən əməliyyat zamanı elektrik cərəyanı vurması nəticəsində ölüb.
Lənkəranda brakonyerlərə qarşı əməliyyat zamanı polis əməkdaşı ölüb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

Polis kiçik serjantı Lənkəranda brakonyerlərə qarşı keçirilən əməliyyat zamanı elektrik cərəyanı vurması nəticəsində ölüb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 29-da saat 23 radələrində Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyat Polis İdarəsi Lənkəran XPŞ əməkdaşları brakonyerliyə qarşı keçirdikləri əməliyyat tədbirləri zamanı Veravul çayının Lənkəran rayonunun Ürgə kəndindən keçən hissəsində qayıqda qanunsuz balıq ovu ilə məşğul olan kənd sakinləri - Rafiq Əsgərovu və Bəhruz Hüseynovu tutmaq istəyərkən R.Əsgərov elektrik cərəyanına bağlanmış toru suya ataraq hadisə yerini tərk ediblər.

Tora toxunmuş polis kiçik serjantı Malik Cahangirovu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərov və B.Hüseynov tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti