Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Aviasiya Təşkilatının rəhbəri Osman Yıldırım saxlanılıb. Bu barədə Trend "Milliyet" qəzetinə istinadən məlumat verir.
Məlumata əsasən, Yıldırım Ankara polisinin maliyyə cinayətlərini araşdıran şöbəsi tərəfindən saxlanılıb.
Yıldırmla yanaşı, daha doqquz nəfər maliyyə fırıldağı ittihamı ilə saxlanılıb.