...

Bakıda yarım il öncə törədilən ağır cinayətin üstü açıldı

Hadisə Materials 30 Oktyabr 2014 11:22 (UTC +04:00)
Bakıda yarım il öncə gözətçinin əlini və ağzını skotçla bağlayaraq mebel mağazasına basqın edənlər saxlanılıb.
Bakıda yarım il öncə törədilən ağır cinayətin üstü açıldı

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bakıda yarım il öncə gözətçinin əlini və ağzını skotçla bağlayaraq mebel mağazasına basqın edənlər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Nərimanov RPİ Cinayət Axtarış Şöbəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Yevlax rayon sakinləri - Rəhman Məmmədov, Muxtar Rəhimov və Cəbrayıl rayon sakini Samir Yadigarov tutulublar.

Məlum olub ki, onlar aprelin 30-da Z.Bünyadov prospekti 2096-cı məhəllədə yerləşən mebel mağazasına aldatma yolu ilə daxil olub, gözətçinin əlini və ağzını skotçla bağlayıb, mağazanın müdürünün iş otağının qapısını sındıraraq, oradan içərisində 20000 manat olan seyfi, kompyuteri və salondakı nəzarət kamera sisteminin yaddaş kartını götürüb "Mersedes" markalı avtomibillə hadisə yerindən uzaqlaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti