...

Ağır qətlin üstü açıldı

Hadisə Materials 17 Dekabr 2014 13:50 (UTC +04:00)
Dekabrın 15-də Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Şamaxı rayonunun Muğanlı kəndində Füzuli rayon sakini Ceyhun Qurbanovun boğulma və üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti “AzSamand” markalı avtomobilinin yük yerində tapılmış və araşdırmalar aparılması üçün Şamaxı RPŞ-yə təhvil verilib.
Ağır qətlin üstü açıldı

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İlkin İzzət/

Dekabrın 15-də Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Şamaxı rayonunun Muğanlı kəndində Füzuli rayon sakini Ceyhun Qurbanovun boğulma və üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti "AzSamand" markalı avtomobilinin yük yerində tapılmış və araşdırmalar aparılması üçün Şamaxı RPŞ-yə təhvil verilib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş Zaqatala rayon sakini Mark Süleymanov və Ağdam rayon sakini Pərviz Qasımov Zaqatala rayonu ərazisində tutulub və Şamaxı rayon prokurorluğuna təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti