...

Polisə "metroya bomba qoyulub" dedi və tutuldu

Hadisə Materials 24 Dekabr 2014 13:02 (UTC +04:00)
Bakıda metroya bomba qoyulması ilə bağlı polisə məlumat verən şəxs tutulub.
Polisə "metroya bomba qoyulub" dedi və tutuldu

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda metroya bomba qoyulması ilə bağlı polisə məlumat verən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 24-də saat 01:45-də naməlum şəxs "102" xidmətinə zəng edərək "28 May" stansiyasının yanına bomba qoymuşuq" deyib.

Dərhal həyata keçirilmiş tədbirlər nəticəsində məlumat təsdiqini tapmayıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatı verən şəxs - Mingəçevir şəhər sakini, 32 yaşlı Taleh Səfərov metronun "28 May" stansiyasının yaxınlığında tutulub.

Onun sərxoş halda olması müəyyən edilib.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti