Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlkin İzzət/
Paytaxtın Xətai rayon sakini ehtiyatsızlığı nəticəsində binanın 13-cü mərtəbəsindən yıxılaraq ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də Xətai rayonunun Gəncə prospekti ev 80/82-də yaşayan Elxan Hacıyev 16 mərtəbəli binanın 13-cü mərtəbəsindəki mənzilinin eyvanından ehtiyatsızlığı nəticəsində yıxılıb ölüb.
Faktla bağlı araşdırma aparılır.