Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İlkin İzzət/
Bakıda iki aya yaxındır itkin düşmüş 18 yaşlı qız tapılıb.
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1997-ci il təvəllüdlü Elnurə Mehdizadə yanvarın 26-da saat 08 radələrində Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində qeydiyyatda olduğu ünvandan naməlum istiqamətə gedərək itkin düşüb.
Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 18 yaşlı E.Mehdizadə tapılaraq ailə üzvlərinə təhvil verilib.