Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İlkin İzzət/
Bakıda tikinti zamanı bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 30-da Lənkəran şəhər sakini İlyas Əzizov Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində usta işlədiyi evin eyvanından yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.