...

Silsilə oğurluqlar edən gənc həbs olunub (VİDEO)

Hadisə Materials 2 May 2015 16:38 (UTC +04:00)
Xəzər rayonunda silsilə oğurluqlar edən gənc həbs olunub.
Silsilə oğurluqlar edən gənc həbs olunub (VİDEO)

Azərbaycan, Bakı, 2 may /Trend/

Xəzər rayonunda silsilə oğurluqlar edən gənc həbs olunub.

Trend Region TV-yə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-də Bəxtiyar Sultanovun evindən pəncərənin dəmir barmaqlığını sındırmaqla, dörd manat pulu oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, 23 yaşlı Asəf Feyzullayev tutulub.

Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Feyzullayev yanvarın 16-da Bakının Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində Vüsal Hacıyevə məxsus yarımtikilidən inşaat materialları, martın 13-də Rafael Cəfərovun evindən qapını sındırmaqla, 950 manat pul və 8000 manat dəyərində qızıl-zinət əşyaları, martın 21-də Şamin Dostməmmədovun evindən pəncərəni açmaqla 3000 manat və qızıl-zinət əşyaları, aprelin 20-də həmin yaşayış sahəsində yaşayan Cavid Gəncəlinin evindən pəncərənin barmaqlıqlarını sındıraraq, noutbuk və monitor, aprelin 22-də Saleh Hüseynovun bağ evindən pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla, bir ədəd köynək oğurlayıb.

Saxlanılan şəxslə bağlı aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, o, yanvarın 18-də Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində yaşayanların - Etibar Zəkiyevin evindən 1850 manat pul və qızıl-zinət əşyaları, martın 25-də Kəmalə Seyidovanın evindən 1000 manat pul və qızıl-zinət əşyaları, martın 29-da Telli Ərəbovanın evindən 100 manat pul və qızıl-zinət əşyaları, aprelin 4-də Ramil Kərəm oğlu Məmmədovun evindən 1800 manat pul və qızıl-zinət əşyaları, aprelin 11-də İlqar İbrahimovun evindən 1000 manat və qızıl-zinət əşyaları, aprelin 12-də Elman Qasımovun evindən 2500 manat pul və qızıl-zinət əşyaları, aprelin 17-də isə Yunis Əliyevin evindən qızıl-zinət əşyalarını gizli yolla götürüb.

Bundan başqa, A.Feyzullayev martın 18-də Fəxriyyə Əliyevanın bağ evindən plastik pəncərəni sındırmaqla süfrə, aprelin 10-14-də Bakı şəhər sakini Sahilə Kəngərlinin Buzovna qəsəbəsində yerləşən bağ evindən 1500 ABŞ dolları və 500 manat pul oğurlayıb.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti