...

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan mingəçevirli qadın tutulub

Hadisə Materials 28 May 2015 11:45 (UTC +04:00)
Qadınların cinsi istismara məruz qoyulmasında iştirak etmiş Mingəçevir şəhər sakini tutulub.
Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan mingəçevirli qadın tutulub

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İlkin İzzət/

Qadınların cinsi istismara məruz qoyulmasında iştirak etmiş Mingəçevir şəhər sakini tutulub.

Trend Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin saytına istinadən xəbər verir ki, Baş İdarənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri cinayəti törətməkdə təqsirləndirilən Rzayeva Aidə Alim qızı ilə cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası vətəndaşı olan qadınların Türkiyə Respublikasının Ağrı şəhərində cinsi istismara məruz qoyulmasında iştirak etmiş Azərbaycan Respublikası vətəndaşı, 1977-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Məmmədova Zəminə Mövsüm qızı tutulub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti