...

Türkiyədə hava şarı yandı: yaralılar var

Hadisə Materials 26 İyun 2015 14:10 (UTC +04:00)
Türkiyənin Nevşehir şəhərində içində turistlər olan hava şarı qəzaya uğrayıb.
Türkiyədə hava şarı yandı: yaralılar var

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Nevşehir şəhərində içində turistlər olan hava şarı qəzaya uğrayıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Şarın səbətində baş verən yanğın onun qəfil aşağı enməsinə səbəb olub. Nəticədə 18 turist xəsarət alıb. Turistlər əsasən Çin, ABŞ və Braziliya vətəndaşlarıdır.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti