...

İstanbulda 5 mərtəbəli bina dağılıb: yaralılar var

Hadisə Materials 16 Sentyabr 2015 19:27 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərinin Üsküdar rayonunda 5 mərtəbəli bina dağılıb.
İstanbulda 5 mərtəbəli bina dağılıb: yaralılar var

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Türkiyənin İstanbul şəhərinin Üsküdar rayonunda 5 mərtəbəli bina dağılıb. Bu barədə Trend "Haber 7" telekanalına istinadən məlumat verir.

Dağıntılar altıında insanların qaldığı bildirilir. İlkin məlumata əsasən, yaxınlıqda olan 3 nəfər xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları göndərilib.

Hadisənin baş vermə səbəbi hələ bilinmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti