Azərbaycan, Bakı, 5 oktyabr /Trend/
Güclü tufan Çinin cənub bölgələrini təsirinə məruz qoyub. Bölgədə yaşayan on minlərlə insan evakuasiya edilib.
Trend- in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində ən azı beş nəfər həlak olub, 160-dan çox insan yaralanıb.
Çin Milli Meteorologiya Mərkəzindən bildirilib ki, saatda 180 km sürətli külək və güclü yağış gözlənilir.