Azərbaycan, Bakı, 3 noyabr /Trend/
Bakıda bir nəfər kranın trosları arasında sıxılaraq qalıb.
Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər "KJDE-16" markalı dəmiryol dizel-elektrik yükqaldırıcı kranın trosları arasında sıxılaraq qalıb.
Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər 1960-cı il təvəllüdlü Əliyev Tofiq Mirzəbala oğlunun cəsədini kranın yükqaldırıcı oxunun trosları arasından çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.