Bakı. Trend:
Bakı Metropoliteninin "28 May" stansiyası istiqamətində hərəkət edən qatarda tüstülənmə olub.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Trend-ə bildirib ki, qatar qrafikə uyğun olaraq depoya getməliymiş: "Cəfər Cabbarlı" stansiyasından "28 May" stansiyası istiqamətində gedən qatarın maşinist kabinəsindəki naqildə tüstülənmə olub".
Hadisə saat 21:25-də baş verib. Vəziyyət tam nəzarətə götürülüb, yanğın hadisəsi qeydə alınmayıb. Sərnişinlərin hamısı vaqonlardan düşürülüb və qatar depoya gedib.