...

Tərtər və Ağstafada 5 ədəd partlamamış hərbi sursat tapılıb (FOTO)

Hadisə Materials 30 İyun 2016 18:54
İyunun 30-da Tərtər və Ağstafada 5 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib.
Tərtər və Ağstafada 5 ədəd partlamamış hərbi sursat tapılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

İyunun 30-da Tərtər və Ağstafada 5 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Tərtər rayonu Çaylı kəndində 1 fermada 6 partlayış yerinə baxış keçirilərək, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb. Ümumilikdə kənddə 10 000 kv.m ərazi yoxlanılıb.

Rayonun Borsunlu kəndində isə 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilərək, 1 ədəd partlamamış hərbi sursat (F-1 əl qumbarası) aşkar edilərək götürülüb.

Seydimli kəndində 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik top mərmisi) aşkar edilərək götürülüb.

Ümumilikdə rayon ərazisində 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası və 1 ədəd 100 mm-lik top mərmisi) aşkar edilib, 11 500 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu Qaradağlı kəndində 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib.

Füzuli rayonu Horadiz şəhərində 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib.

Ağstafa rayonu Eynallı kəndi ərazisində arxın kənarında 1 ədəd partlamamış hərbi sursat (73 mm-lik PQ-9 tank əleyhinə qumbara) aşkar edilərək götürülüb.

Ümumilikdə 30 iyun tarixində 1 ev və həyətyanı sahə, 1 ferma, 5 əkin sahəsi, 13 partlayış yerinə baxış keçirilərək 5 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi, 73 mm-lik PQ-9 tank əleyhinə qumbara və 2 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, 19 780 kv.m ərazi təmizlənmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti