...

43 min manatlıq qızıl oğurlayan şəxs yaxalandı (FOTO/VİDEO)

Hadisə Materials 21 İyul 2016 16:00 (UTC +04:00)
Evdən 43 min manatlıq qızıl əşyalar oğurlayan şəxs yaxalanıb.
43 min manatlıq qızıl oğurlayan şəxs yaxalandı (FOTO/VİDEO)

Bakı. Trend:

Evdən 43 min manatlıq qızıl əşyalar oğurlayan şəxs yaxalanıb.

Trend Region Tv-yə istinadən xəbər verir ki, Xəzər RPİ-nin əməliyatçıları oğurluq hadisəsinin üstünü açıblar.

Xəzər Rayon Polis İdarəsinin əməliyatçıları iyulun 12-də baş vermiş oğurluq hadisəsinin üstünü açıblar.

Buzovna qəsəbə sakini Mirxəlil Cəlilovun evindən qızıl əşyaları oğurlanıb. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Laçın rayonu, Qaraqışlaq kəndində qeydiyyatda olan 25 yaşlı Tural Əsgərov saxlanılıb.

Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki, Buzovnada dəniz kənarındakı çayxanalardan birindən çıxıb evinə gedərkən hündür hasara alınmış evlərdən birinin darvazasının açıq olduğunu görüb. İçəri daxil olub.

Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti