...

Bakıda "Mercedes" yanıb

Hadisə Materials 25 Sentyabr 2016 22:30 (UTC +04:00)

Bakı.Trend:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşlara məxsus "VAZ" markalı minik avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Yanğın nəticəsində "Mercedes" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti