...

Ana və 2 iki övladını öldürənin məhkəməsi bitdi

Hadisə Materials 7 Noyabr 2016 12:32 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Orxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ana və 2 iki övladını öldürənin məhkəməsi bitdi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Orxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti prosesi noyabrın 14-nə təyin edilib.

İttihama görə, Xətai rayonunun Nobel prospektində bu il iyulun 15-də saat 17:00 radələrində Bakı şəhər sakini O.Heydərov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Sənubər Qarayevanı, onun azyaşlı oğlu Mehini və azyaşlı qızı Mələyi vurub. Hər üç piyada yerində ölüb.

O.Heydərov Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti