Bakı. Trend:
Xaçmaz sakini evində yanıb ölüb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 23-də saat 03 radələrində Xaçmaz rayonunun Çılğır kəndində yaşayan Ağahüseyn Hüseynovun evində yanğın baş verib.
Hadisə nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra A.Hüseynovun yanmış meyiti tapılıb. Hadisə ilə bağlı araşdırma aparılır.