Bakı. Trend:
Qaradağda yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.