Bakı. Trend:
Yardımlı rayonu, Eçara kəndində fermanın ərazisində vətəndaşa məxsus 120 ton ot bağlaması yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı digər ot bağlamaları və tikililər yanğından mühafizə olunub.
Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.