...

Göyçayda yol qəzası törədən sürücü sərxoş olub (YENİLƏNİB)

Hadisə Materials 11 Noyabr 2017 20:58 (UTC +04:00)
Göyçayda yol qəzası törədən sürücü sərxoş olub
Göyçayda yol qəzası törədən sürücü sərxoş olub (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 20:29-da yayılıb)

Bakı. Samir Əli - Trend:

Göyçayda yol qəzası törədən sürücü sərxoş olub.

Bu barədə Trend-ə Göyçay rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, qəzadan sonra Göyçay rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralı sürücü, Məmmədov İlyas Mirzəli oğlu müayinə edilərkən onun sərxoş olduğu aşkarlanıb. Onun spirtli içki qəbul etdiyi müəyyən olunub.

Sürücü sərxoş olduğundan Göyçay rayon Polis Şöbəsinə aparılıb.

XXX

20:29

Göyçay rayonunda yol qəza hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə axşam saatlarında şəhərin mərkəzi hissəsində baş verib. Göyçay rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov İlyas Mirzəli oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili idarə edərkən idarəetməni itirib və yolun kənarındakı dirəyə çırpılıb.

Hadisə nəticəsində sürücü və onun sərnişini, 1984-cü il təvəllüdlü Qasımov Elvin Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti