...

Tovuz sakini özünü güllələyib

Hadisə Materials 5 Yanvar 2018 16:10 (UTC +04:00)
Tovuz rayonunda güllələnmə hadisəsi baş verib.
Tovuz sakini özünü güllələyib

Bakı. Trend:

Tovuz rayonunda güllələnmə hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də Tovuz rayonunun Balaşamlıq kəndində rayon sakini Əhməd Məmmədov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya aparılarkən yolda ölüb.

Tovuz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti