...

Paytaxtda mənzil qarət edən qadın tutulub

Hadisə Materials 25 Yanvar 2018 12:24 (UTC +04:00)
Paytaxtda mənzil qarət edən qadın tutulub.
Paytaxtda mənzil qarət edən qadın tutulub

Bakı. Trend:

Paytaxtda mənzil qarət edən qadın tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini olan qadının evindən pul oğurlanması barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Məlumatla əlaqədar Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla dekabrın 4-dən 21-dək olan müddətdə A.Rzayevanın mənzilindən seyfdə olan 680 manatın və noutbukun oğurlanması məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun əvvəllər həmin evdə dayə kimi çalışan qadın tərəfindən edilməsi müəyyən edilib və görülmüş tədbirlərlə Siyəzən rayon sakini Lamiyə Əliyeva saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti