...

Trampın avtomobil Davosda polisi vurub

Hadisə Materials 26 Yanvar 2018 16:53 (UTC +04:00)
İsveçrənin Davos şəhərində ABŞ prezidenti Donald Trampın kortejindən olan avtomobil polis əməkdaşını vurub.
Trampın avtomobil Davosda polisi vurub

Bakı. Trend:

İsveçrənin Davos şəhərində ABŞ prezidenti Donald Trampın kortejində olan avtomobillərdən biri polis əməkdaşını vurub.

Trend-in məlumatına görə, polis əməkdaşı həmin avtomobilin kortejdən olduğunu bilməyib və onu saxlamağa çalışıb.

Sürücü isə sürəti artıraraq polisi vurub. Bildirilir ki, zərbə güclü olmadığından, polis xəsarət almayıb.

Yaxınlıqda olan digər təhlükəsizlik əməkdaşları polisin səhv etdiyini bildirib, o isə cavabında “Avtomobilin buradan keçəcəyini mənə deməli idilər” deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti