...

Bakıda qadın azyaşlı uşağı ilə birlikdə intihara cəhd göstərib, qarşısı alınıb

Hadisə Materials 5 Fevral 2018 06:56 (UTC +04:00)
Bakıda intihar hadisəsinin qarşısı alınıb.
Bakıda qadın azyaşlı uşağı ilə birlikdə intihara cəhd göstərib, qarşısı alınıb

Bakı. Trend:

Bakıda intihar hadisəsinin qarşısı alınıb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, paytaxtın Nərimanov rayonunda 1 nəfər qadın azyaşlı uşağı ilə birlikdə intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində intihar cəhdinin qarşısı alınıb. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti