...

Paytaxt sakinləri odlu silahla tutulub

Hadisə Materials 3 Mart 2018 13:05 (UTC +04:00)
Əvvəllər məhkum olunmuş Bakı şəhər sakinlərindən odlu silah aşkar edilərək götürülüb.
Paytaxt sakinləri odlu silahla tutulub

Bakı. Samir Əli - Trend:

Əvvəllər məhkum olunmuş Bakı şəhər sakinlərindən odlu silah aşkar edilərək götürülüb.

Trend-in DİN-in saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayon 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Radik Ələsgərovdan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkarlanıb.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Məmmədovdan da “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti