...

Sumqayıtda ev yandı

Hadisə Materials 5 Mart 2018 09:50 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən yanğınla bağlı məlumat yayıb.
Sumqayıtda ev yandı

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 55 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

O cümlədən, evə bitişik ümumi sahəsi 50 m2 olan birmərtəbəli 3 otaqlı evin lambirdən ibarət divar üzlüyü 5 m2 sahə də yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti