...

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş qayıqdakı balıqçılar xilas edilib (FOTO)

Hadisə Materials 13 Mart 2018 11:11 (UTC +04:00)
Astara reydində fırtınalı hava şə­raiti ilə əlaqədar batma təhlükəsi ilə üzləşən “ŞA-274” bort nömrəli, “Yamaha-48” mühərrikli üzmə vasitəsinin iki nəfərdən ibarət heyə­ti tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəza­rə­ti məntəqəsinə köməklik göstərilməsi barədə müraciət edilib.
Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş qayıqdakı balıqçılar xilas edilib (FOTO)

Bakı. Trend:

Bu il martın 12-də Astara reydində fırtınalı hava şə­raiti ilə əlaqədar batma təhlükəsi ilə üzləşən “ŞA-274” bort nömrəli, “Yamaha-48” mühərrikli üzmə vasitəsinin iki nəfərdən ibarət heyə­ti tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəza­rə­ti məntəqəsinə köməklik göstərilməsi barədə müraciət edilib.

DSX-dan Trend-ə verilən məlumata görə, sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xid­mət­də olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanaraq təhlükədə olan üz­mə vasitəsinin koordinatları ötürülüb.

Sərhəd gözətçi gəmisi tərəfindən həyata keçirilmiş axtarış-xi­las­et­mə tədbirləri nəticəsində fırtınalı hava şərati və texniki nasazlıq sə­bəbidən sahildən 10 km məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib, zəruri xilasetmə əməliyyatına başlanılıb.

Küləyin sürəti saniyədə 23 metr, dalğanın hündürlüyü 3 metrdən çox olan fırtınalı hava şəraitində batma vəziyyətində olan qayıqdakı insanların xilas edilməsi mümkün olub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən xilas edil­miş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Həsənov Sü­leyman Telman oğlu və Həsənov Əbdülhüseyn Ağasəf oğlu olmaları müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti