...

FHN Qaradağda baş verən ağır qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 16 Aprel 2018 13:58 (UTC +04:00)
Minik avtomobilinin sürücüsünün meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılıb.
FHN Qaradağda baş verən ağır qəza ilə bağlı məlumat yayıb

Bakı. Trend:

FHN Qaradağda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “KAMAZ” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1984-cü il təvəllüdlü Qasımov Mansur Yasən oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti