Bakı. Trend:
İranın neft şirkətinə məxsus vertolyot Fars körfəzində qəzaya uğrayıb.
Trend-in İRNA agentliyinə istinadla verdiyi xəbərə görə, hadisə nəticəsində iki nəfər həlak olub.
Vertolyotun Lavan adasından Kiş adasına hərəkət etdiyi bildirilir.
Məlumata əsasən, hava gəmisinin göyərtəsində ümumilikdə 5 nəfər olub.