...

Yevlaxda qadına hədə-qorxu gələn şəxs saxlanılıb

Hadisə Materials 18 Aprel 2018 12:17 (UTC +04:00)
Yevlax şəhər sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək aprelin 12-də və 13-də Seymur adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 150 manat pulunu və qızıl boyunbağısını aldığını bildirib.
Yevlaxda qadına hədə-qorxu gələn şəxs saxlanılıb

Bakı. Trend:

Yevlax şəhər sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək aprelin 12-də və 13-də Seymur adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 150 manat pulunu və qızıl boyunbağısını aldığını bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Seymur Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti