...

Sabirabadda 3 ton ot bağlaması yanıb

Hadisə Materials 21 Aprel 2018 05:18 (UTC +04:00)
Sabirabad rayonunda yanğın hadisəsi qeydə alınıb
Sabirabadda 3 ton ot bağlaması yanıb

Bakı. Trend:

Sabirabad rayonunda yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Nərimankənd kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları 15 m² sahədə və altına yığılmış 6 ton ot bağlamasının 3 tonu yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti