Bakı. Trend:
Kamçatka sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskdan 326 kilometr şimal-şərqdə və Ust-Kamçatsk yaşayış məntəqəsindən 141 kilometr cənubda yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Sunami təhlükəsi elan edilməyib.