...

Ötən ay ərzində 130 hərbi sursat tapılıb (FOTO)

Hadisə Materials 5 İyun 2018 20:43 (UTC +04:00)
ANAMA bu ilin may ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə hesabat yayıb.
Ötən ay ərzində 130 hərbi sursat tapılıb (FOTO)

Bakı. Trend:

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu ilin may ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə hesabat yayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, may ayı ərzində agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Goranboy, Xızı, Qazax, Tərtər rayonları və Bakı şəhəri ərazisində 482.01 hektar ərazi yoxlanılıb, 129 ədəd partlamamış hərbi sursat və 1 ədəd piyada əleyhinə mina (cəmi 130 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 485 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 52 881.03 hektar ərazi təmizlənib, 796 884 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

May ayı ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən 14, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 11 müraciət daxil olub. Müraciətlər əsasında 10 450 kv.m ərazi təmizlənib, 38 ədəd partlamamış hərbi sursat aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2018-ci ilin may ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti