...

Biləsuvar sakinində 13 kq-a yaxın narkotik vasitə aşkarlanıb

Hadisə Materials 11 İyun 2018 14:56 (UTC +04:00)
Biləsuvar rayon sakini Famil Talıbov, Masallı rayon sakinləri Çingiz İbadov və Həsrət Xəlilovdan 12,250 kq tiryək və 385 qr heroin götürülüb
Biləsuvar sakinində 13 kq-a yaxın narkotik vasitə aşkarlanıb

Bakı. Trend:

Biləsuvar sakinində 13 kq-a yaxın narkotik vasitə aşkarlanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Famil Talıbov, Masallı rayon sakinləri Çingiz İbadov və əvvəllər məhkum olunmuş Həsrət Xəlilovdan 12 kiloqram 250 qram tiryək və 385 qram heroin götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti