Bakı. Trend:
Türkiyənin Dənizçi vilayətinin Pamukqala rayonunda turistlərlə dolu hava şarı qəza enişi edib.
Trend-in məlumatına görə, buna səbəb əsən güclü külək olub. Məlumata görə, külək hava şarını şəhərin mərkəzinə doğru aparmaqla turistlərə təhlükəli anlar yaşadıb.
Hava şarında 11 nəfərin olduğu bildirilir.
Qəza enişi zamanı xəsarət alan olmayıb.