...

Lerik meşəsindəki yanğın söndürülüb

Hadisə Materials 3 Avqust 2018 19:38 (UTC +04:00)
Bu gün günorta saatlarında Lerik meşəbəyliyində baş verən yanğın söndürülüb.
Lerik meşəsindəki yanğın söndürülüb

Bakı. Trend:

Bu gün günorta saatlarında Lerik meşəbəyliyində baş verən yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Trend-ə verilən məlumata görə, mürəkkəb relyefli, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və rayon sakinləri cəlb olunub.

Yanğın 18:00 radələrində söndürülüb və 0,7 hektar ərazidə quru ot örtüyü və kol-kos yanıb.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti