...

Qaradağda qəza - 1 ölü

Hadisə Materials 13 Avqust 2018 18:43 (UTC +04:00)
Qaradağda qəza - 1 ölü

Bakı. Trend:

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən qəza olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “VAZ” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 1954-cü il təvəllüdlü Hüseynova Elza Hüseyn qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti