...

Lerikdə maşın aşdı, ölən var

Hadisə Materials 15 Oktyabr 2018 15:06 (UTC +04:00)
Lerik rayonunun Vıjaker kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Lerikdə maşın aşdı, ölən var

Bakı. Trend:

Lerik rayonunun Vıjaker kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 14-də saat 14 radələrində Lerik rayonunun Vıjaker kəndi ərazisində kənd sakini Nazim Şərifov idarə etdiyi “QAZ-66” markalı avtomobili aşırıb. Nəticədə sərnişini, Conu kənd sakini Təvəkkül Mirzəyev hadisə yerində ölüb.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti