...

Bulvarda qadın meyiti tapılıb

Hadisə Materials 31 Dekabr 2018 11:40 (UTC +04:00)
Dünən Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü Rüstəmova Dilrubə Xalid qızının axtarışları başa çatıb
Bulvarda qadın meyiti tapılıb

Bakı. Tural Turan - Trend:

Dünən Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü Rüstəmova Dilrubə Xalid qızının axtarışları başa çatıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, D.Rüstəmovanın meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qruplarının birgə əməliyyatı nəticəsində tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti