...

Bakıda taxta bazarında baş verən yanğın söndürülüb

Hadisə Materials 23 Yanvar 2019 09:00 (UTC +04:00)
Bakıda taxta bazarında baş verən yanğın söndürülüb
Bakıda taxta bazarında baş verən yanğın söndürülüb

Bakı. Samir Əli - Trend:

Bakıda taxta bazarında baş verən yanğın söndürülüb.

FHN-dən Trend-ə verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarının ərazisində yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 07:15-də söndürülüb.

Taxta bazarının ərazisində yanğın nəticəsində təxminən 350-400 m² sahədə taxta materiallar yanıb. Yanğın saat 03:48-də məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanında yanğınsöndürmə işləri aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti